Dövlət çevrilişi planlaşdıranların adları açıqlandı

Baş prokuror cinayət işinin açılması haqda uyğun göstəriş verib

Misirin baş prokuroru Tələət Abdulla müxalifətə qarşı cinayət işinin başlanılması haqda göstəriş verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət dövlət çevrilişi planlaşdırmaqda ittiham olunur.Prokurorun adından yayılan ittihama əsasən, dövlət çevriliş hazırlığında birbaşa əli olanlar arasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş baş direktoru Məhəmməd əl-Baradey, Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi Əmr Musa, eləcə də Səid əl-Badui və prezidentliyə keçmiş namizəd Həmdin Sabahinin də adları var.Bu yaxınlarda sələfilər, vəhabilər Mursiyə qarşı çıxanları "cihad edəcəkləri"ilə hədələmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31