Astara-Tehran yolunda qəza - 4 yaralı

Astara-Tehran yolunda hərəkət edən avtobus Qəzvin ətrafında qəzaya uğrayıb.SalamNews-un "IribNews"a istinadən verdiyi xəbərə görə, bu barədə Qəzvin vilayəti yol polisinin rəisi polkovnik Müzəffər Hoseyni bildirib.
Onun sözlərinə görə, qəza yerli vaxtla 05:30-da baş verib. Qəza nəticəsində 32 sərnişin xəsarət alıb. Onlardan 18-nin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir. Xəsarət alanların 4-ü Azərbaycan vətəndaşıdır. Hadisəyə səbəb sürücünün diqqətsizliyi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31