Düz bağırsaqdan 160 qram tiryək çıxdı
5 Dekabr 2012 15:56 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Aslan Məmməd oğlunun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 11 ədəd bükümdə, ümumi xalis çəkisi 160,129 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31