Bibi qardaşlarının 2 oğlunu öldürüb basdırdı
5 Dekabr 2012 15:30 KriminalTürkiyənin Ağrı vilayətindəki Eleşkirt rayonunda 8 gün əvvəl məktəbin qarşısında itən 7 və 9 yaşlı iki oğlanın cəsədləri tapılıb.
Milli.Az DHA-ya istinadən bildirir ki, Alagün kəndindəki ibtidai məktəbdə oxuyan 7 yaşlı Azad Bayram və 9 yaşlı Gökhan Bayram 8 gün əvvəl çantalarını sinif otağına qoyub çölə çıxmışdılar.
Dərs başlayandan sonra şagirdləri sinifdə görməyən müəllim bunu uşaqların ailəsinə xəbər verib.
Polisə xəbər verilib və axtarışlar başlanılıb.
Gecə saatlarında uşaqların cəsədləri 32 yaşlı H.Y. adlı qadının evinin həyətində, ayaqyolunun yanında torpağa basdırılmış vəziyyətdə tapılıb.
Polisdən verilən məlumata görə, 8 gün əvvəl H.Y. ibtidai məktəbdə oxuyan 10 yaşlı qızı E.Y.-ni Azad və Gökhanla birlikdə evə çağırıb.
Evdə qadın qardaşı oğlu Gökhanın boğazına neylon ip salaraq onu boğub öldürüb, sonra isə Azadı boğub.
Cəsədləri evin arxasındakı ayaqyolu çuxuruna atan H.Y. kəndə gəlmiş polislərin ayaqyollarında da axtarışlar apardığını görən kimi cəsədləri çuxurdan çıxararaq bir metr kənarda basdırıb.
H.Y.-nın əsəbləri pozulmuş, ruhi xəstəlik astanasında qadın olduğu deyilir.
Azad və Gökhan Bayramlar əmioğlu idilər.