Qobustanda “KAMAZ”la avtobus toqquşdu: xeyli yaralı var

Bu gün Qobustan rayonunda KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-VİTA" markalı mikroavtobus toqquşub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı-Şamaxı yolununda baş verən hadisə yerinə nazirliyin əməkdaşları cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücü  yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıbdır. Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin Yanğınsöndürən-xilasediciləri xüsusi alət və avadnlıqlar vasitəsilə yaralını mikroavtobusdan çıxarıb və hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilibdir. Mikroavtobusda yaralı vəziyyətdə olan 6 nəfər sərnişin müxtəlif  bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Qobustan rayon  Mərkəzi xəstəxanasına aparılıb. 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 08.40-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31