Bakıda əxlaqsızlıq yuvası işlədən kişi tutuldu

Bakıda axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə axtarışda olan Mehdi Əliyev dekabrın 4-də yaxalanıb.
M.Əliyev ətrafında araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31