Bakıda ərzaq mağazasını talan edənlər tutuldu

Dükanı qarət edən şəxsləri Sabunçu polisi saxlayıb

Bakının Sabunçu rayonunda ərzaq mağazası qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, S.Vurğun küçəsində yaşayan Azər Babayevə məxsus, yaşadığı ünvanda yerləşən mağazadan dəmir barmaqlıqları sındırma yolu ilə ərzaq malları oğurlanıb.

Sabunçu RPİ CAŞ və 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlar Bakı şəhər sakinləri Məhərrəm Rzayev və Şahin Mahmudovdur. Araşdırmalar zamanı saxlanılan hər iki şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31