Bakıda gənc qız bahalı avtomobillə qəza törətdi: ölən var

Dekabrın 4-də Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Neapol küçəsi 8 ünvanının qarşısında 1983-cü il təvəllüdlü Məmmədova Günay Əliəşrəf qızı idarə etdiyi 90 MA 707 nömrə nişanlı, "Audi Q7" markalı avtomobillə piyadanı vurub. Zərbənin gücündən piyada təxminən 20 metr məsafə uzaqlığa düşüb və hadisə yerindəcə keçinib.
Araşdırmalardan sonra ölən şəxsin 1970-ci il təvəllüdlü Cəfərov Zahid Məmmədcəfər oğlu olması məlum olub.
Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Qəzanın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31