Əri ilə dalaşan qadın özünü öldürüb
5 Dekabr 2012 11:24 KriminalBu gecə Quba rayonunda intihar hadisəsi baş verib.Quba rayon prokuroru Nazim Hacıyevin anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, Tülər kənd sakini, 1986-cı il təvəllüdlü Düriyə Rasim qızı Mütəllimova kimyəvi maddə içib.Güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən gənc gəlin saat 05:00 radələrində Düriyə Mütəllimova dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Düriyə Mütəllimova həyat yoldaşı Şahlar Mütəllimovla dalaşıb. Onun bu səbəbdən intihar etməsi ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31