50 qadını zorladı, HİV-ə yoluxdurdu - FOTO
5 Dekabr 2012 09:29 KriminalKolumbiyada yük avtomobili sürücüsü olan Libardo Rohas Duenas həbs olunub.HİÇ/QİÇS xəstəsi olan Duenas 50-dən artıq qadını ölümcül mərəzə yoluxdurmaqda şübhəli bilinir.Milli.Az El Mundo-ya istinadən bildirir ki, 57 yaşlı Duenas Kukuta şəhərində 16 yaşlı qıza təcavüz edəndən sonra həbs olunub.Polisin apardığı istintaq zamanı bəlli olub ki, Duenas həmin qızdan savayı, 52 qadın və qızı da zorlayaraq, onlara HİV virusunu yoluxdurub.Radio Santa Fe-nin yaydığı informasiyaya görə, Duenasın şəhər küçələrində əlində şpris dolaşaraq qarşısına çıxan insanların bədəninə xəlvətcə iynəni batırması və bu yolla HİV yayması da istisna deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31