"Türk Hava Yolları"nın İsrail nümayəndəliyinin direktoru həbs edilib
4 Dekabr 2012 18:12 Kriminal"Türk Hava Yolları"nın İsraildəki nümayəndəliyinin direktoru və baş mühasibi vergidən yayınma ittihamı üzrə həbs ediliblər. Bu barədə Trend çərşənbə axşamı DHA agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına görə, direktor və baş mühasibdən başqa, aviaşirkətin iki işçisi də həbs edilib, lakin sorğu-sualdan sonra onlar buraxılıb.
Məlumata əsasən, şirkətin ofisindən kompüterlər götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31