Rusiyada axtarışda olan azərbaycanlı tutuldu
4 Dekabr 2012 18:20 KriminalSankt-Peterburqda axtarışda olan azərbaycanlı tutulub. Bu barədə "Azadinform"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sankt-Peterburq şəhər Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Xəqani İbrahimov tutulub.
Xəqani İbrahimov Sankt-Peterburq şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31