Ağdamda iki, Şəmkirdə isə üç otaqlı ev yandı
4 Dekabr 2012 17:15 KriminalAğdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında yataq dəsti 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Digər bir yanğın hadisəsi Şəmkir rayonu, Kür qəsəbəsində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 1800 kv.m olan ikimərtəbəli 3 otaq və aynabənddən ibarət fin tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31