Bakıda gənc xalası qızına görə 13 bıçaq "yedi" - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda qız üstündə qan tökülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən 19 radələrində 22 yaşlı Mülhan Məmmədov ölümcül bıçaqlanıb.
Naməlum şəxs ona 13 bıçaq zərbəsi vuraraq gedib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən M.Məmmədovun vəziyyəti ağırdır. Hadisə barədə yaralının dayısı Qeys Musayev Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.
Məlumat əsasında yaradılmış əməliyyat qrupu qanlı hadisənin səbəbkarı olan 20 yaşlı Elvin Oruclunu həbs edib. O, bıçağa əl atmasını qız üstündə yaranmış mübahisə ilə əsaslandırıb. Hadisədə günahının olmadığını deyən E.Oruclu ifadəsində göstərib ki, M.Məmmədovun xalası qızı ilə görüşüb. M.Məmmədov isə onun qarşısını kəsərək Elvini şillələyib. Özünü müdafiə etmək məqsədilə cibindəki bıçağı çıxararaq ona 13 zərbə vurub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31