MTN polkovniki faciəli vəziyyətdə öldü

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı faciəli halda ölüb. Bu barədə "OLAYLAR"a Xətai rayon  Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə dekabrın 3-də paytaxtın Xətai rayonu, Mehmandarov küçəsindəki hündürmərtəbəli binada baş verib.Həmion binanın 13-cü mərtəbəsində yaşayan, 1961-ci il təvəllüdlü, polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşüb. Məhərrəm İzzətov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
İdarədən bildiriblər ki, Hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Belə ki, binanın 13-cü mərtəbəsində liftin şaxtası açıq olub və polkovnik-leytenant İzzətov bilmədən  həmin şaxtaya yıxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31