Ali Məhkəmə Rüstəm İbrahimbəyovun, Leyla Yunus və Arif Yunusun iddialarına baxacaq
4 Dekabr 2012 09:51 KriminalDekabrın 4-də və 5-də Ali Məhkəmədə iki mühüm işə baxılacaq. Vəkil Fuad Ağayevin "Turan"a verdiyi məlumata görə, dekabrın 4-ü saat 15:20-ə yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun Dövlət Neft Şirkətinə, dekabrın 5-i saat 15:40-a isə hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunusun Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiaları üzrə proseslər təyin olunub.
Dövlət Neft Şirkəti Bakının Bayıl qəsəbəsində kino kompleksi tikmək üçün torpaq sahəsi alan Rüstəm İbrahimbəyovun əməlinin qanunsuz olduğunu və torpağın neft şirkətinə məxsusluğunu iddia edərək sözügedən sahələrin məhkəmə yolu ilə geri qaytarılmasına nail olub. Rüstəm İbrahimbəyov məhkəmələrin siyasi sifariş əsasında qərar çıxardığını vurğulayır və torpaqların yenidən ona verilməsinə çalışır.Leyla Yunus və Arif Yunus isə məhkəməyə Bakıda, Şəmsi Bədəlbəyli küçəsi, 38 (mənzil 1 və 2) ünvanında yerləşən ofislərinin qanunsuz sökülməsi iddiası ilə üz tutublar