Belə vəhşilik görülmədi! Futbolçular hakimi döyə-döyə öldürdülər

Hakim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

Hollandiyada 41 yaşlı hakim yeniyetmələr arasında futbol çempionatında oyunçular tərəfindən döyüldükdən sonra ölüb. Riçard Novehuyzen Amsterdamın "Noyv Sloten" klubunun "Byuyten Boyz" komandası ilə qarşılaşmasında yan həkimi təyin edilib. Oyun zamanı bir neçə futbolçu hakimə hücum edib.Anspress-in "Accosiated Press"ə istinadən verdiyi məlumata görə, döyüldükdən sonra hakim özünü pis hiss edib. Onu xəstəxanaya aparıblar. Lakin həkimlər Riçard Novehuyzenə kömək edə bilməyiblər və hakim dünyasını dəyişib.Hollandiya KİV-inin məlumatına görə, hücumdan sonra hakim hücum edən futbolçuların əlindən qaçmağa çalışıb. Lakin futbolçular onu tutublar və döyməyə davam ediblər. Riçard Novehuyzen döyülərkən başından çoxsaylı xəsarətlər alıb.Hadisə dekabrın 2-də, günün ikinci yarısında baş verib. Polis hakimi döyənlərdən üç nəfəri saxlayıb. Onların 15-16 yaşının olduğu bildirilir. Davada iştirak edənlərin hamısı komandadan uzaqlaşdırılıb, klub isə yarışlarda iştirak hüququndan məhrum edilib.Qeyd edək ki, öldürülən hakimin oğlu da komandalardan birinin heyətində çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31