Azərbaycanda yaşayış binası uçub, sakinlər təxliyyə olunublar
4 Dekabr 2012 09:14 KriminalŞabranda yaşayış binası uçub, sakinlər təxliyyə olunub.Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şabran rayonun Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli onikimənzilli yaşayış binasının bəzi konstruktiv elementlərində qismən uçqun olub.Dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri binaya ilkin baxış keçirib və binanın mövcud vəziyyəti mütəxəssislər tərəfindən tam müəyyən edilənə qədər sakinlər nazirliyin və rayon icra hakimiyyətinin birgə səyi nəticəsində təxliyyə olunub və təhlükəsiz əraziyə köçürülüblər.Binanın su, elektrik və qaz təchizatı dayandırılıb, mühafizəsi təşkil olunub.