İrandan BƏƏ-yə qaçaqmalçılıq yolu ilə 250 kq qızıl külçə aparan şəxslər həbs olunub
3 Dekabr 2012 16:46 Kriminalİrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəmi vasitəsilə qaçaqmalçılıq yolu ilə 250 kiloqram qızıl külçə və 358 ədəd müxtəlif növ sikkə aparmaq istəyən 7 nəfər Hörmüzqan şəhərində həbs olunub. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən məlumat verir.
Məlumata əsasən, İranın Hörmüzqan əyalətinin Lengə limanında saxlanılan gəmidə axtarış zamanı ümumilikdə 20 milyon dollar dəyərində olan qızıl külçə və sikkələr müsadirə olunub.
Gəminin 7 nəfərlik ekipajı həbs olunub, onların barəsində cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31