Bakı polis daha 37 dilənçi saxladı

Daxili İşlər Nazirliyi Bakıda dilənçilərə qarşı mübarizə tədbirlərini davam etdirir. Nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, qurum əməkdaşları Bakıda dilənçilərə qarşı daha bir əməliyyat keçirib. Mayın 17-də Səbail Rayon Polis İdarəsinin  39-cu Polis Bölməsi ,  Nizami Rayon Polis İdarəsi və   Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 37 nəfər saxlanılaraq  Bakı şəhər Baş Polis İdarəssinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31