Şamaxıda villa sahibini öldürüb evə od vurdular

Şamaxıda villada dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 17-də rayonunun Nağaraxana kəndi ərazisində baş verib. Bakı şəhər sakini Akim Əfəndiyevə məxsus bağ evində yanğın baş verib.  Nəticədə evdəki əşyalar qismən yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi A.Əfəndiyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Şamaxı RPŞ tərəfindən aparılır.
"OLAYLAR"a Nağaraxana kənd sakinlərinin verdiyi məlumata görə, naməlum şəxslər qətl hadisəsini törədəndən sonra villaya od vurub. Bağ evinin bir neçə otağına od vurub aradan çıxsalar da qonşuların və yanğınsöndürənlərin köməyi ilə alovun qarşısı alınıb və evin qalan hissəsi mühafizə olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31