Bakıda 17 yaşlı oğlanı öldürən sinif yoldaşı tutuldu
30 Noyabr 2012 17:59 KriminalNoyabrın 29-da Bakı şəhərinin Nəsimi rayonu ərazisində törədilmiş qətl hadisəsinin üstü açılıb.
Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 5-ci mikrorayonda 1995-ci il təvəllüdlü Kazımov Kamil Mübariz oğlunu bıçaqlayaraq qətlə yetirən şəxsin onun sinif yoldaşı 1995-ci il təvəllüdlü Cəfərli Tural Rasim oğlu olması müəyyən edilib. T.Cəfərli tutulub. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, Masallı rayon sakini olan 17 yaşlı K.Kazımov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib və orada ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31