18 yaşlı Seymur Nəbizadənin işinə Moskvanın rayon məhkəməsində baxılacaq
30 Noyabr 2012 17:25 KriminalMoskvanın Nikulin rayon məhkəməsində noyabrın 12-də toy mərasimində pnevmatik tapançadan atəş açmış 18 yaşlı Seymur Nəbizadəyə qarşı iddiaya baxılacaq. Modern.az rus KİV-ə istinadən xəbər verir ki, prokurorluqda aparılan istintaq başa çatıb. S. Nəbizadə xuliqanlıqda təqsirləndirilir. O, artıq məhkəməyə gedib çıxmış cinayət işi üzrə həbs olunmuş yeganə şəxsdir. Digər 9 nəfər inzibati qaydada cərimə ödəməklə azadlığa buraxılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31