Söyün Sadıqovun erməni işçilərinin sayı açıqlandı

“Onun katibəsi, sürücüsü və mühasibi ermənidir”

"Söyün Sadıqovun katibəsi, sürcüsü və mühasibi ermənidir". Bunu açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.
Bu barədə sosial internet şəbəkələrində məlumatların yayıldığını diqqətə çatdıran A.Nağı deyib ki, S.Sadıqovun ermənilərlə yaxınlıq etməsi artıq sübut olunub: "Mən tez-tez eşidirəm və bu yaxınlarda"facebook"da da oxudum ki, Söyün Sadıqovun katibəsi, sürücüsü və mühasibi ermənidir. Hətta bu məlumat düz olmasa belə, Söyün Sadıqov öz hərəkətləri ilə buna rəvac verib. O, ermənilərlə görüşməməli, əksinə, ermənilərin işğalçılığını dünyaya car çəkməli idi. Düşünürəm ki, hər bir azərbaycanlının da əsas vəzifəsi Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya bəyan etmək olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31