Yatmış uşaqlar insanları təşvişə saldı
30 Noyabr 2012 16:53 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 azyaşlı uşağın giriş qapısını içəri tərəfdən kilidləmələri nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirlikdən Olaylar"a verilən məlumata görə, xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıblar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaqlar valideynlərinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31