Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb
30 Noyabr 2012 16:30 KriminalGürcüstan polisi narkotik maddələr saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb.
Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt sakini Q.Sultan Tbilisinin İsani rayonundakı ticarət mərkəzinin ərazisində saxlanılıb.Axtarış zamanı ondan 5 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb.Q.Sultanı Gürcüstan CM-nin 260-cı maddəsi üzrə 10 il müddətinə həbs gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31