Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Beyləqan şəhərində ümumi sahəsi 290 kv.m olan Kommunal müssisələr kombinatının birmərtəbəli binasında məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 64 kv.m olan 2 otağın və mətbəxin yanar konstruksiyaları və ümumi sahəsi 66 kv.m olan 1 otağın və mətbəxin yanar konstruksiyaları (ümumi 130 kv.m sahədə) yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31