FHN Yasamalda yarım litr civə aşkarladı
18 May 2012 13:32 KriminalFövqəladə Hallar Nazirliyi Bakıda aşkarladığı civə ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda şübhəli maddənin olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, digər hüquq mühafizə orqanları məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərkən aşkarlanan maddənin 0,5 l-lik şüşə qaba doldurulmuş civə olduğu müəyyən edilib. Aşkarlanmış civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülüb. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31