Sevgi savaşı: Bakıda 18 yaşlı oğlan sevgilisini əlindən alanı öldürdü
30 Noyabr 2012 12:18 KriminalMasallı rayon sakini Kazımov Kamil Mübariz oğlu naməlum şəraitdə bıçaqlanıb. Bakının Nəsimi rayonunda törədilən qətlin təfərrüatı məlum olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən qətlə yetirilən 17 yaşlı Kamil Kazımovu həyat yoldaşının üstündə öldürüblər. Onu öldürən isə mərhumun həmkəndlisi, 18 yaşlı Tural Cəfərlidir.
Məlumata görə, Tural Cəfərli əvvəllər Kamilin həyat yoldaşını sevib. Lakin qız Turala yox, Kamilə ərə gedib. Bunun üstündə hələlik məlum olmayan səbəbdən mübahisə düşüb və qətl baş verib.
T.Səfərlinin yerinin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31