Ərinin və özünün dərdi qadını intihara sürüklədi
30 Noyabr 2012 12:02 KriminalSamux rayonunda intihar olub. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Füzuli kənd sakini 70 yaşlı Minayə Qəhrəmanova özünü öldürüb. Onun meyiti dünən yaxınları tərəfindən yaşadığı evin həyətindəki qarajda asılmış vəziyyətdə tapılıb.
Mərhum uzun müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. Onun həyat yoldaşı da ağır şəkər xəstəsidir və onun xəstləliklə əlaqədar barmaqları amputasiya olunub. Ona görə ehtimal olunur ki, M.Qəhrəmanovanı özünü öldürməyə məhz bu səbəblər vadar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31