FHN teatrdakı olayla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə məlumat yayıb.Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparıb. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31