Bakıda pivə köşkü yandı

Bakı şəhəri, Xətai rayonunda pivə köşkündə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı  ümumi sahəsi 4 kv.m olan pivə satışı köşkünün dam örtüyünün yanar konstruksiyaları yanıb.  Köşkün qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31