Məktəblinin qatilləri tutuldu

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, boğazı kəsilərək tikilməkdə olan binanın içərisinə atılmış 14 yaşlı məktəbli Gennadi Usovun qatilləri müəyyən edilib.
G.Usov yoxa çıxan zaman ilk olaraq itkin düşmə kimi polisdə qeydə alınmışdı. Onun meyiti tapılandan sonra məktəblinin ölümündə intihar versiyiası ehtimal olunurdu. Lakin mərhumun bacısının istintaqa verdiyi ifadə bütün versiyaları alt-üst etdi.
O, istintaqa verdiyi ifadəsində qardaşının valideynləri tərəfindən öldürülməsini dedi. Bundan sonra əməliyyata başlayan polis əməkdaşlarının araşdırması nəticəsində bacının ifadəsinin həqiqət olduğu müəyyənləşdi.
Məlum oldu ki, G.Uzovu anası və onun sevgilisi birlikdə qətlə yetiriblər. Hər iki şəxs şübhəli şəxs qismində saxlanılıblar. Hazırda ifadəsi alınan sevgililərin adları açıqlanmır. Qətlin təfərrüatı barədə ətraflı məlumat oxuculara çatdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31