Lənkəran sakinindən 12 kq həşiş aşkar edildi

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Мübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi daha bir əməliyyat nəticəsində Lənkəran şəhəri, "Ləvəngi dairəsi" adlanan ərazidən Digah kəndində narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakinin Əzizov Amil Nəriman oğlu saxlanılıb. Komitədən "Olaylar"a verilən məlumata görə, Əzizov Amil Nəriman oğlu üzərində hal şahidlərinin iştirakı ilə  keçirilmiş baxış zamanı idman çantasının içərisindən  qara rəngli polietilenə bükülmüş, 12   ədəd  polietilen bağlamalarda ümumi çəkisi 12 kq 200 qram narkotik vasitə-həşiş aşkar olunub. Faktla bağlı təhqiqat aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31