46 ədəd polefon bağlamada həşiş aşkar edilib
29 Noyabr 2012 14:20 KriminalDövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Мübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi tədbirlər nəticəsində 60 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə DGK mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, ılk əməliyyat tədbiri Bakı şəhəri ərazisində həyata keçirilmişdir. Yaradılmış əməliyyat qrupu tərəfindən keçirilən tədbir zamanı "şərti alıcı" qismində çıxış edən gömrük əməkdaşı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dairəvi küçəsində yerləşən "daş bazarı dairəsi" adlanan ərazidə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan 3 nəfər saxlanıb. Dövlət Gömrük Komitəsinin inzibati binasında Məmmədov Rüfət Mikayıl oğlu, Qasımov Yaşar Qiyas oğlu və Vəkilov Tofiq Murad oğluna məxsus çantanın daxilinə keçirilmiş baxış zamanı dördkünc formalı 46 ədəd polietilen bağlamalarda narkotik vasitə olan həşişə aşkar olunub. Saxlanılmış şəxslər törətdikləri qanunsuz əməlləri etiraf edərək onlardan aşkar olunmuş külli miqdarda narkotik vasitə olan həşişi İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Əkbər və Babək adlı şəxslərin qacaq yolla Azərbaycana göndərdiklərini bildiriblər.