Dəhşətli yanğın, ev sahibi mənzildə yanıb öldü

Salyan rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə noyabrın 28-də saat 10.20 radələrində Salyan rayonunun Qalalı kəndində baş verib. Kənd sakini Muxtar Mehdiyevə məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin qismən yanmış meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31