Elektrik yarımstansiyasında partlayış

Noyabrın 28-də Sabunçu rayonu ərazisindəki Elektrik Yarımstansiyasında təmir işləri aparılarkən qısa qapanmadan partlayış baş verib.
DİN-dən verilən məlumata görə, nəticədə orada işləyənlər Natiq Heydərov, Vahid Səmədov, Şamil Heydərov və Vüqar Rəsulov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31