Bakıda Fransa vətəndaşının evi qarət edilib

Bakıda Fransa vətəndaşının evi qarət edilib. Bu barədə Səbai Rayon Polis İdarəsindən bildirilib.
Hadisə Neftçilər prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Fransa vətəndaşı Murel Lepuerinin evinə daxil olan naməlum şəxslər pul və şəxsi əşyalar oğurlayıblar. Fransa vətəndaşı baş vermiş hadisə barədə polisə məlum verib. 
Hazırda oğurluq hadisəsinin üstünün açılması istiqamətində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31