Yəmənin paytaxtı Sananın Xada bölgəsində Səudiyyə Ərəbistanının ölkədəki hərbi attaşesi öldürülüb. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, diplomatın avtomobili Yəmən ordusunun hərbiçilərinin formasını geymiş naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə diplomatla yanaşı onun cangüdəni həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31