33 yaşlı qadın dəm qazının qurbanı oldu

Qadının meyidi hamada tapılıb

Sumqayıtda bədbəxt hadisə nəticəsində 33 yaşlı qadın dünyasını dəyişib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 9-cu mikrorayonda yaşayan Kəmalə Adil qızı Nağıyevanın meyidi hamamda tapılıb.
Araşdırmalar zamanı onun dəm qazından zəhərləndiyi məlum olub. Faktla əlaqədar araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31