Sərnişin qatarında yanğın olub
Yanğın Bakı-Qazax sərnişin qatarında baş verib
29 Noyabr 2012 11:05 KriminalBakı-Qazax sərnişin qatarında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakının Nəsimi rayonunda "Azərbaycan Dəmir Yoları" QSC-yə məxsus depoda baş verib.
Depoda dayanmış Bakı-Qazax sərnişin qatarının ümumi sahəsi 60 kv.m olan vaqonunun yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31