Sumqayıtda azyaşlılar analarının meyitini tapdı - FACİƏ

33 yaşlı qadın hamamda ölüb

Noyabrın 28-də Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 9-cu mikrorayonda yaşayan Nağıyeva Kəmalə Adil qızı yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti övladları tərəfindən aşkarlanıb.33 yaşlı qadının 2 övladı qalıb.Faktla əlaqədar araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31