Bakıda 25 yaşlı qız özünü turnikdən asdı

İntihar edən qız Laçın rayon sakinidir

Bakının Xəzər rayonunda 25 yaşlı qız özünü turnikdən asıb. Xəzər rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Laçın rayonunda anadan olmuş, Şüvəlan qəsəbəsində "Şinçi" pioner düşərgəsində məskunlaşan məcbui köçkün 1987-ci il təvəllüdlü Günay Sadıq qızı Qasımova intihar edib.Qız özünü düşərgənin həyətindəki idman turnikindən asıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31