Rusiyada iki Azərbaycan vətəndaşı həbs olunub

Rusiya Federasiyasının Zabaykalye diyarının polisi "Penza-Vladivostok" istiqamətində hərəkət edən sərnişin qatarında heroin aparan 2 Azərbaycan vətəndaşı və bir İrkutsk sakinini saxlayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ümumi çəkisi 3,5 kq olan heroin içində şəkər və meyvə şirəsi olan qutuların alt hissəsində aşkarlanıb. Saxlanılan şəxslər heroini Omskdan Primorsk vilayətinə aparırmış.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31