Zəhərli qida ailə faciəsinə səbəb oldu
Ata ölüb, qızı və arvadının vəziyyəti ağırdır
28 Noyabr 2012 15:45 KriminalBu gün Neftçala rayonunda bir ailə qidadan zəhərlənib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Neftçala rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Alim Əlabbas oğlu qidadan zəhərlənərək ölüb. Onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Cəfərova Zinyət İsgəndər qızı, və qızı 1998-ci il təvəllüdlü Quliyeva Nigar isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğundan Bakıya Kliniki Tibbi Mərkəzə yola salınıblar.
İlkin məlumata görə, ailə üzvləri qidadan zəhərlənib.
Hadisə ilə əlaqədar araşdırmalar başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31