Bakıda “Mercedes” yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı maşının  mühərrikində elektrik avadanlıqları yanıb. Nəticədə qabaq şüşəsi yüksək temperaturdan partlayıb.  Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31