Salyanda üçotaqlı ev yandı

Ev sahibi külə döndü

Salyan şəhərində 1937-ci il təvəllüdlü Muxtar İsrafil oğlu Mehdiyevə məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı  ümumi sahəsi 77 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağının yanar konstruksiyaları və 2 otağı qismən 44 kv.m sahədə yanıb.  Yanğın yerinin araşdırılması zamanı ev sahibinin yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31