Bakıda şirkətdən içində 65000 manat olan seyf oğurlandı
28 Noyabr 2012 12:44 KriminalBakının Nəsimi rayonu ərazisində yerləşən şirkət qarət olunub.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Türkiyə vətəndaşı Tanyıldız Atmetə məxsus şirkətdən içərisində 65000 manat pul olan seyf oğurlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən şəxslər müəyyən ediliblər. Onların tutulması istiqamətində işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31