Bakıda yoxa çıxmış məktəblidən yeni xəbər var

Məktəbli könüllü olaraq evlərinə qayıdıb

Bakının Xətai rayonu ərazisində itkin düşmüş məktəbli tapılıb. Rayon Polis İdarəsindən (RPİ) Milli.Az-a verilən məlumata görə, iki gün əvvəl R.Bağırov küçəsi, bina 28, mənzil 33 ünvanında yaşayan 12 yaşlı Əhməd Həsənov yoxa çıxıb.
Azyaşlının ailə üzvləri Xətai RPİ-nin 37-ci polis bölməsinə müraciət edərək Ə.Həsənovun evdən getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
Bölmədən Milli.Az-a bildirildi ki, Ə.Həsənov ötən gün tapılaraq ailəsinə təhvil verilib. O, könüllü olaraq evlərinə qayıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31