Bakıda gənc oğlanı ölümcül döydülər
28 Noyabr 2012 11:35 KriminalÖtən gecə Bakı şəhəri Sabunçu rayonu ərazisində 25 yaşlı gənc naməlum şəxslər tərəfindən ölümcül döyülüb.
Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Məmməd Araz küçəsi 76 ünvanında 1987-ci il təvəllüdlü Ruslan Qarayev naməlum şəxslər tərəfindən döyülüb.
Döyülən şəxs huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etsələr də, hazırda gəncin vəziyyəti hələ də ağırdır. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31